Показаны сообщения с ярлыком YouTube. Показать все сообщения
Показаны сообщения с ярлыком YouTube. Показать все сообщения

Youtube necə pul qazanmaq olar



Bildiyimiz kimi, YouTube Google`un xidmətlərindən biri kimi fəaliyyət göstərir. Bununla da siz YouTube`la əməkdaşlıq etməklə Google Adsense`dən qazanc əldə edə bilərsiniz. Bunun üçün sizin YouTube kanalına və Adsense üçün bir e-mail`ə ehtiyacınız var. İndi mərhələlərlə bu prosesi nəzərdən keçirək:


1. Gmail vasitəsilə özümüzə təzə bir e-mail yaradırıq;
2. YouTube hesabımıza daxil oluruq. Hesabınız yoxdursa, onda, başqa bir Gmail hesabı ilə YouTube`da özünüzə bir hesab yaradın və həmin Gmail`lə hesabınıza daxil olun. Bu, Adsense üçün açdığınız e-mail ola bilməz!
3. YouTube`da özünüzə kanal yaradın. İstədiyiniz mövzuda fəaliyyət göstərmək mümkündür. Ancaq YouTube`un şərtlərinə əməl etməyi unutmayın! Müəllif hüquqlarını pozan və digər qaydalara uyğun olmayan materiallar hesabınızın bağlanmasına səbəb ola bilər;
4. YouTube kanalınız hazır olandan sonra onu pul qazanmağa uyğun hala gətirmək lazımdır. Bunun üçün əvvəlcə YouTube`da “YouTube ayarları”na daxil olub müəyyən dəyişikliklər etmək lazımdır:














- “ek özellikleri görüntüleyin” vurun;



- “Gelişmiş” hissəsinə gəlin;



- Ölkə olaraq Amerika Birleşik Devletleri`ni seçin;



- Dəyişiklikləri yadda saxladıqdan sonra “Para kazanma” bölümünə gəlin;
- Burada “Para kazanmayı etkinleştir” vurun;




- Daha sonra açılan pəncərədə “Hesabımı etkinleşdir” vurun;
- Açılan pəncərədə YouTube`un şərtləri ilə razılaşın və “Kabul ediyorum” vurun;



- Hesabınız artıq pul qazanmağa uyğundur. İndi YouTube kanalınızı Adsense hesabına bağlamaq lazımdır. Bunun üçün “Para kazanma” bölümünə daxil olub, adi qaydada Adsense istəyi göndərmək kifayətdir. Hesabınız təsdiqləndikdən sonra qazanclarınıza nəzarət edə biləcəksiniz.



Unutmaq olmaz ki, YouTube və Google`un şərtlərini pozmaq olmaz! Ona görə, qeydiyyatdan keçərkən şərtləri diqqətlə oxumaq vacibdir. Uğurlar!


YouTube haqqında maraqlı faktlar


1. YouTube-un üç təsisçisi də (Steve Chen, Chad Hurley, Jawed Karim) öz layihələrinə başlayarkən Paypal-da işləyirdilər.
2. YouTube domeni 15 fevral 2005-ci ildə işlənib hazırlanmışdır.
3. YouTube-da qeydiyyatdan keçmiş istifadəçilərin 70%-i ABŞ-dandır. Yaşı 20-dən aşağı olan istifadəçilər bütün istifadəçilərin 50%-i təşkil edir.
4. Əgər YouTube Hollywood kino şirkəti olsa idi, onda onun hər həftə 60000 yeni film buraxmaq üçün kifayət qədər materialı olardı.
5. Təkcə son 2 ay ərzində YouTube-a yüklənmiş videoları hazırlamaq üçün NBC, ABC, CBS tele-şirkətləri 1948-ci ildən etibarən istirahət günləri olmadan gecə-gündüz işləməli idi.
6. Youtube-dakı bütün videolara baxmaq üçün 1000 ildən çox vaxt lazımdır (lakin o vaxta qədər Youtube-a yüklənmiş videoların sayı milyard qədər artacaq).
7. Video yüklənilməsi üçün ən məşhur kateqoriya “Musiqi” bölməsidir, bu kateqoriyada YouTube-dakı bütün videoların 20%-i yerləşir.
8. YouTube-a ən çox video ABŞ-dan yüklənir, onun arxasınca Böyük Britaniya gəlir. Eləcə də ABŞ istifadəçiləri ən çox video izləyənlərdir, baxışların sayına görə ikinci yerdə isə Yaponiya gəlir.
9. YouTube-a yerləşdirilmiş ilk video onun təsisçilərindən biri olan Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənilmiş “Mən zooparkdayam” videosudur.
10. YouTube-da videolara gündəlik baxış sayı 2 milyarddan çoxdur.
11. Google YouTube-u 2006-cı ildə 1,65 mlrd dollara satın almışdır.
12. 13 mart 2007-ci ildə «Viacom» şirkəti YouTube servisini müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edərək Google-u məhkəməyə verdi. O, Google-dan servis istifadəçilərinin şəxsi məlumatlarını verməyi tələb edirdi. Nyu-york ştatının Cənub mahalının Federal məhkəməsi iddiaçının tələbini təmin etdi, bu da ABŞ federal qanununa zidd idi.
13. Videoları YouTube-da məşhur olan bir çox istifadəçilər nəticədə internetdən kənarda da ulduz ola biliblər. Məsələn, anası tərəfindən YouTube-a yerləşdirilən videolar sayəsində Kanadadan olan super-ulduz Castin Biber məşhur səsyazma studiyası ilə uzunmüddətli müqavilə bağlaya bilmişdir.
14. YouTube-da “Pasxa yumurtası”: əgər video yükləyərkən klavişi yuxarı, aşağı, sola və sağa bassanız onda “İlan” oyunu işə düşəcək.
15. 2010-cu il noyabr ayının statistikasına görə bir dəqiqə ərzində YouTube-a 35, gün ərzində isə 50400 saatlıq video yüklənir.
16. Silinən videolara Deleted YouTube Video Viewer kimi bir sıra proqramlarının köməyi ilə baxmaq mümkündür.
17. 2009-cu ilin martında Tibet rahiblərinin və Tibetin digər əhalisinin Çin əsgərləri tərəfindən döyülməsini göstərən videonun YouTube-da yerləşdirilməsindən sonra Çin hakimiyyəti tərəfindən sayta giriş qadağan edildi.