Показаны сообщения с ярлыком Komputer kurslari. Показать все сообщения
Показаны сообщения с ярлыком Komputer kurslari. Показать все сообщения

Axtarış sistemi

İnternetdə lazımi məlumatın axtarışı, axtarış sistemlərinin köməyi ilə aparılır. 
Siz ekranda bir neçə ən çox istifadə olunan axtarış sistemlərindən ibarət siyahını görürsünüz.





http://www.google.az
http://www.rambler.ru
http://www.yahoo.com
http://www.yandex.ru
http://www.aport.ru
http://www.webzirve.com
http://www.altavista.com
http://www.webrehberi.com


İstənilən mövzuda, məsələn, "İdman" mövzusunda, məlumat axtarmaq üçün verilmiş formaya qeyd olunan "İdman" açar sözünü daxil etmək və Axtarış (Search) düyməsini basmaq lazımdır.
Axtarış zamanı sistem hər Web-səhifədə rast gəldiyi açar sözlərinin sayını qeydə alır. Və nəhayət, ekrana sizin verdiyiniz şərtlərə daha çox üyğun olan qovşaqların siyahısı çıxarılır.
Bu siyahıda sənədlər açar sözünün sayının azalması istiqamətində nizamlanır. 
Axtarış prosesi ilə daha ətraflı tanış olmaq üçün Yahoo axtarış serverindən istifadə edək. 
Ünvan sətrinə URL-ünvanı daxil edin (www.yahoo.com) və Enter düyməsini basın. 
Səhifəyə nəzər salın. Səhifədə verilmiş bölmələr siyahısını görursunuz.
Fərz edək ki, proqramlaşdırma dilləri üzrə kitab axtarmalıyıq. 
Kompüterlər və İnternet (Computers and Internet) bölməsinin üzərində mausun düyməsini basın. Yeni bölmələr siyahısı açılır.
Bu siyahıda Proqramlaşdırma dilləri (Programming languages) bölməsinin üzərində düyməni basın. Ekrana yeni siyahı çıxır.
İndi isə, Kitablar (Books) bölməsini seçin və düyməni basın. Beləliklə, getdikcə axtarış sahəsini daraldaraq istədiyiniz səhifəni tapa bilərsiniz. Gördüyünüz kimi, bu halda açar sözlərində istifadə edilmir.
İndi isə, axtarış aparmaq üçün açar sözündən istifadə edək.
Başqa bir axtarış serverinə müraciət edək.
Ünvan sətrində www.rambler.ru yazın və Enter düyməsini basın. 
Səhifə yükləndikdən sonra axtarış sahəsinə Hippokrat açar sözünü daxil edin və Axtarış (Search) düyməsini basın. 
Sistem axtarış apararaq, müvafiq səhifələrin siyahısını çıxaracaq. Lazımi səhifəni seçin.
Siyahıdakı səhifələrin bir-bir brauzerin eyni pəncərəsində açılması müəyyən çətinliklərə səbəb olur. Hər dəfə siyahıya müraciət edərkən geriyə qayıtmaq lazım gəlir. Bu çətinliyi aradan qaldırmaq üçün bir neçə səhifəni eyni zamanda yükləmək olar. 
Mausun göstəricisini istinadın üzərinə gətirin, mausun sağ düyməsi ilə kontekst menyunu açın və Yeni pəncərədə açmaq (Open in new window) əmrini seçin.

URL-ünvan

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL (Universal ünvan göstəricisi) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
Ünvan sətrinə göstərilən ünvanı daxil edin: 
http://www.firststeps.az

URL-ünvana diqqət yetirdikdə görürsünüz ki, o, iki nöqtə ilə bölünmüş iki hissədən ibarətdir. Sol tərəf (http) sənədin tipini göstərir və istifadə olunmuş şəbəkə protokolunu müəyyənləşdirir.
Sağ tərəf isə, (http://www.firststeps.az) konkret sənədin ünvanını göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür: 
Connection (Qoşulma) 
Request (Sorğu) 
Response (Cavab) 
Close (Əlaqənin kəsilməsi) 

Birinci mərhələdə Web-müştəri (brauzer IE, Netscape və s.) serverlə əlaqə yaratmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən, serverə axtarılan obyekt barəsində sorğu göndərir.
Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən, Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.
İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.

Brauzerlər. Online və Offline iş rejimləri


Brauzer - sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter müştəri kimi, uzaqda yerləşən kompüter isə, server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (browser) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram öz növbəsində bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə Online iş rejimi deyilir.
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan HTML sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejimOffline iş rejimi adlanır.

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Netscapeşirkətinin Netscape Communicator proqramlarını seçir.

Biz Internet Explorer 5 brauzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir.
İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın.
Ekranda Internet Explorer brauzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev - Web səhifəsinin ünvanı göstərilir.
Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brauzerin sazlanması zamanı təyin edilir.

İnternetin yaranma tarixi

İnternet dünya ölkələrinin əksəriyyətinin şəbəkələrini birləşdirir.
Bu gün İnternet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi, yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.
Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq, informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət. 

İnternetin əsas xidmətləri:
Elektron poçt (e-mail );
Telekonfranslar;
və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

İP nəyə görə lazımdır?

Şəbəkəyə bağlı hər kompüter fərqli IP adresə sahib olmalıdır. TCP/IP tənzimləməsinə girəndə ilk qarşılaşdığımız "Obtain an IP address automatically" kimi seçilmiş olduğunu görəcəksiniz. Yaxşı bu nə deməkdir? XP və Vista açılan zaman ətrafda IP adresini ala biləcəyi DHCP server var yoxsa yox onu kontrol edir. Əgər DHCP server-i tapsa IP adresini ondan alır və işləyir. Əgər ətrafda yəni şəbəkədə DHCP server yoxdursa, XP, Vistada və sonrakı bütün windows versiyalarında da olacaq bir xüsusiyyəti istifadə edir. Özü-özünə IP adresi yaradır və istifadə edir. Əgər heç nə etməsək, bu şəkildə davam etsə və DHCP server də yoxdursa, yuxarıda izah olunduğu kimi kompüter özü-özünə IP adres yaradaraq istifadə edəcəkdir. Bu adresin nə olduğunu Start>Run>CMD ilə işlədəcəyimiz komanda ilə DOS pəncərəsində IPCONFIG yazaraq kompüterin İP-sini öyrənə bilərik.

Yuxarıda ipconfig komandasının işləməsi ilə çıxan nəticəni görürsünüz.
Connection-specific DNS Suffix . :
Autoconfiguration IP Address.. . . :
Subnet Mask . . . . . . . . . . . . . .:
Default Gateway . . . . . . . . . . . . : 169.254.121.160
255.255.0.0
Autoconfiguration IP Address < yazısının çıxması onu göstərir ki, bu IP adresin kompüterin özü tərəfindən avtomatik yaradılmışdır. Göründüyü kimi, Vista-ya və XP-yə şəbəkə kartı taxılandan sonra nəzəri olaraq hər şeyi özü həll edir. Lazımi proqramları yükləyir, TCP/IP üçün lazımi IP adresi DHCP varsa ondan almağa çalışır, ala bilmirsə özü IP adres yaradır. Sıfırdan qurulan bir şəbəkədə, bütün Windows kompüterlərinə şəbəkə kartını taxmaq və kabel bağlantılarını düzəltməkdən savayı bir şey etmək lazım deyil. Təbii ki kompüter üzərindən paylaşdırılacaq məlumat və printerləri öz istəyinizə görə təyin edib quraşdırmalısınız. Ancaq bu avtomatik İP yaratmağın da mənfi tərəfləri var. Birincisi şəbəkədə avtomatik IP qəbul etmə xüsusiyyəti olmayan Windows95 və ya NT sistemi olan kompüterlər varsa o zaman İP-ni öz əlinizlə yazmaq məcburiyyətində qalırsınız. Digər problem ise belədir, avtomatik IP xüsusiyyəti ilk Windows 98 ilə ortaya çıxtı. Ancaq Windows98 <də bu xüsusiyyət açılışda kompüterin uzun bir müddət gözləməsinə səbəb olurdu. XP-də isə açılışda gözləmə olmur və kompüter açılanda <iş stolu>(Desktop) tez açılırdı amma IP adresinin təyin olunması hələ başa çatmamış olurdu. Nəticədə şəbəkəni istifadə etməyə başlamaq üçün müəyyən bir müddət keçməsini gözləməli oluruq.
İP-İnternet Protocol deməkdir. İnternet bilirsiniz nədir - ən böyük WAN-dır. Protokolu da izah etmişdim amma yenə bir az xırdalayım. Protokol bəzən şəbəkəyə daxil olma metodu kimi, bəzən də Yerli Sahə Şəbəkələrindən, İnternetdən, İntranet-dən məlumatın, informasiyanın dəyiş-düyüş etmək yəni göndərmək və qəbul etmək metodudur. Hər protokol özünə uyğun formatda məlumatı qəbul edən zaman və ya göndərən zaman özünə məxsus metodlardan yəni qaydalar toplusundan istifadə edir. Hər hansı kompüterin və ya hər hansı şəbəkə cihazının şəbəkə üzərindəki yerini, adresini İP-dən istifadə edərək təyin olunması üçündür. İP-nin 5(beş) mümkün variantı vardır və onlar Class(sinif) adlandırılır:



Direct, Multicast vəBroadcast adresləri haqqında danışmışdıq. Direct - adreslə ən asan əlaqə formasıdır. Birbaşa göndərmə ilə məşğul olur. Yəni müəyyən İP ünvanına müəyyən bir məlumat göndərir.

Multicast- müəyyən edilmiş və ya təyin olunmuş İP ünvanlarına məlumatı göndərir. Ən az işlədilən adres növüdür. Bu növ şəbəkəni yüklədiyi üçün ondan çox da istifadə edilmir.

Broadcast- bir kompüterdən bütün kompüterlərə məlumat göndərilməsi üçün nəzərdə tutulub. Broadcast xüsusi bir şəbəkə adresidir. 255.255.255.255 adresi broadcast adresidir. Bu adresə göndərilən bütün məlumatlar o anda o şəbəkəyə fiziki şəkildə bağlı olan bütün clientlərə(kompüterlərə) gedir. Ancaq broadcast keçirtməyən router və ya switch-lər bu paketləri keçirtməyə mane ola bilər. Bir şəbəkəyə broadcast ilə bir məlumat paketi göndərildiyində bütün client-lər bu broadcast paketini alır. Həmin şəbəkələr üzərində yerləşən kompüterlər(client-lər) bir-birləri ilə ethernet kimi bilinən şəbəkə kartları ilə əlaqə qururlar. Bu istifadə olunan ethernet kartlarının oxşar olmayan MAC adresi vardır. Bu ethernet kartları istehsal olarkən verilən dəyişməyən, eynisi olmayan nömrələrdir. IP adres bir kompüter istifadəçisi tərəfindən verilmiş olan 32 bitlik məlumatdır. Bu məlumat əsasən rəqəmlərdən ibarət olur. Bu rəqəmlər bərabər olur sizin MAC adresinizə və şəbəkədə uyğun sırada özünə yer tapır. Sənin kompüterinə də göndərilən paketlərdə şəbəkə mühitində MAC adresinə bərabər olan İP adresinə gəlir. Ipv4 və Ipv6 iki növ IP adres mövcuddur. Bu IP adresləri bir-birlərindən nöqtə ilə ayrılırlar. Məsələn: 194.27.200.20 IP adresi, dörd hissədən ibarətdir və hər bir hissə 8 bit kimi (onluq rəqəmlərlə) hesablanır. IP adreslər hər zaman Ipv4 standartına görə 4 hissədən ibarət olur amma bu Ipv6-da bir az fərqlidir. Bizə hələlik sadə kompüter şəbəkəsi qurmaq lazım olduğuna görə İP mövzusundan çox yazmayacağam. Sadə ev şəbəkəsi üçün nə qədər bilmək kifayət edəcəksə o qədər izah olunsa bəs edər məncə.



İP forması : 123. 45 . 35 .122
İkili say sistemində : 11001010. 00101010 . 00100101 . 11010010
IP adresləri isə öz aralarında iki hissədən ibarət olurlar. Bu hissələrə NetID
və HostID adı verilib.
NetID: Kompüterin bağlı olduğu şəbəkənin IP adresi bilinən bölümə NetID(Network İD) deyilir.
HostID: Şəbəkə içərisindəki kompüterin bir-birindən fərqlənməsini təmin edən IP adresdir.
Subnet kompüterinizin öz şəbəkənizdən çıxdığı zaman yəni məlumat paketini digər hub-da yerləşən kompüterə göndərdiyinizdə sizin böyük şəbəkələrdə hansı hub-a qoşulmuş olmağınızı bildirən ikinci dərəcəli İP-dir. Subnet , ip adresinin single network id(Identification-tanınma)-sindən yaradılan TCP/IP mühitində fiziki seqment-dir. Ümumilikdə təşkilatlar network id-lərini internik-dən alırlar. InterNIC - The Internet's Network Information Center(İnternet şəbəkələrinin məlumat mərkəzi) deməkdir. Network-ləri subnet-lərə bölmək üçün hər bir seqment-ə fərqli network Id və ya Subnet Id lazımdır. Host Id dəki bitlər iki parçaya bölünərək hər bir seqment ücün unique(yeganə) bir subnet id yaradılır. Birinci bölüm seqmenti unique bir network kimi qəbul edilməsi üçün istifadə olunur və digər bölüm isə host-u aydınlaşdırmaq üçün istifadə olunur. Buna subnetting və ya subnetworking deyilir. Əgər sadəcə ev şəbəkəsi quracaqsınızsa sizə bu haqda bilmək lazım deyil. Çünki Subnet İP-ni yazdıqdan sonra avtomatik olaraq sabit 255.255.255.0 bərabər olur. Bu da Yerli Sahə Şəbəkəsi(LAN) quran zaman yetərlidir.

Gateway keçid mənasını verir. Əgər internet paylaşması varsa Default Gateway adresinə interneti paylaşdıran kompüter İP-sini yazmalısınız beləcə kompüteriniz hansı yol üzərindən çöldəki şəbəkəyə çıxacağını öyrənmiş oluruq. XP və VİSTA-da bu adres avtomatik tapıla bilir. Əgər digər kompüteriniz internetə qoşulubdursa və interneti bölüşürsə ona qoşulmuş və ya şəbəkəyə qoşulmuş kompüter internetə avtomatik girəcəkdir.
Preferred DNS Server və Alternate DNS server sizə ADSL ilə internetə qoşulduğunuz vaxt lazım olacaqdır. Domain(yer adı deməkdir), internetdə yer almaq üçün sahib olmağınız lazım olan şəxsiyyətdir. Yəni yer adları web saytınızın adı və adresidir. Bu adres olmasa istifadəçilər sayta girə bilməzlər. Domain adı isə IP adresinin daha başa düşülən bir formasıdır. Məsələn ADSL alan zaman sizə ip ünvanı, Subnet ünvanı, Default Gateway və 2 ədəd DNS Server ünvanı verilir. Düzdü özləri gəlib bunu qoşurlar amma yenədə başa düşmək pis olmaz nə üçün belə əcaib kodlar verilir. Fərz edək bizə aşağıdakı formada kodlar verilib. Bu mənim adsl aldığım zaman mənə verilən kodlar əsasındadır. Onları dəyişdirmişəm bir az. : )
81.30.147.148--------------------İP var bu ünvanla səni hər kəs tanıyacaq
255.255.255.128-----------------Bu da səni firma daxili şəbəkələrdə hansı xətdə olduğunu bildirir
81.30.148.129-------------------- Bu ünvandan internet siqnallarını qəbul edirsən
81.30.144.244------------------ Bu da qoşulduğun serverin adı, familiyası
81.30.144.246------------------ Alternativ server ünvanı

Bura qədəri aydındır. Hə nə olsun sənin ADSL-in kodları. Mən bunları ona görə yazdım ki əgər siz qərara gəlsəniz ki ADSL-i qoşum hub-a əlbəttə bu başqa mövzudur. O zaman sən yuxarıda olan kodları dəyişməli olacaqsan.