
Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxtınız var. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə ekrana çıxan «mesaj geri qayıtdı» cümləsi ilə anlamaq mümkündür.
Mesajı geri qaytarmaq üçün isə «Android»-də mesaja toxunub basılı saxlayın, sonra isə «Menyu» düyməsinə- «Geri qaytar»a toxunun. «iPhone» və «Windows Phone»da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə «Geri qaytar» düyməsinə toxunun.
Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə «mesaj geri qaytarıldı» yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.
0 коммент.:
Отправить комментарий